Kayıtlar

Aralık, 2017 tarihine ait yayınlar gösteriliyor
Resim
Yaz feslinin gozellikleri
Resim
Yaz  - ilin 4  fəslindən  biri. Yaz, təbiət dövründə qış ilə yay arasındakı mövsümdür. Yazda ağaclar çiçək açır, hava istiliyi artmağa başlar. Bu mövsümdə qar əriməsi və bol miqdarda yağışların yağması ilə su yataqları olan dərələr, göllər, Gölməçə və anbarlar su ilə dolar. Baharın xəbərçisi çiçəklərdir. Xüsusilə bu mövsümdə yerli hava depresiyanı alaraq meydana gələn hava dəyişikliklərində xalq arasında Qırx İkindi adı verilən leysan yağışları başlar. Bu yağışlarla şiddətli göy gurultusu, ildırım düşməsi, dolu təhlükəsi və sel fəlakətləri də görülər. Bəzən bu yağışlar cütçülərə çox zərər verər. İnsanlar üzərində də sağlamlıq baxımından mənfi təsirləri ola bilər. Yorğunluq, halsızlıq yazın insanlar üzərindəki mənfi təsirlərindəndir. Bu vəziyyətə tibb dilində qısaca bahar yorğunluğu deyilir. 
Resim
Payız olur, əsir soyuq küləklər, Solur dağda, çöldə əlvan çiçəklər. Gecələr uzanır, günlər qısalır, Göy üzünü qara buludlar alır. Yağış yağır, duman çökür çöllərə, İnildəyir çayır, çəmən, dağ, dərə. Ağaclarda nə meyvə var, nə yarpaq, Bağ-bağçalar olmuş bütün çıl-çılpaq. Quşlar uçub dəstə-dəstə gedirlər, İsti yerə köçüb qışlaq edirlər. 
Resim
Qizil payiz
Resim
Tebiet

teBIET MOCUZLERI

Resim
Resim
Heyretamiz menzereler.

klip menzere

Resim
Resim
Əhali artımı meşələrin azalmasına güclü təsir göstərir, meşələr kənd təsərrüfatının ehtiyacları üçün, ticarət, yanacaq və s. məqsədlə qırılır. Əkinçilik və maldarlıq yaranarkən bütün quru səthinin 56%-i meşə ilə örtülmüşdü. Hazırda isə bu göstərici 30%-ə enmişdir. Meşələrin məhv edilməsi prosesi xüsusilə Avropaya toxunmuşdur. Əgər VII əsrə qədər burada meşələr bütün ərazinin 80%-ni tuturdusa, hazırda bu, cəmi 30% təşkil edir. Rusiyada, ABŞ-da, Kanadada, Hindistanda, Çində, Braziliyada meşələr kütləvi sürətdə qırılmışdır. Bütün bunlar torpağın tullantılarla çirklənməsinə səbəb olan "istixana effekti"nə şərait yaradır. İsti torpağı qızdıraraq atmosferdəki karbon səddini dəf edib, kosmik fəzaya çıxa bilmir, torpağı isitməklə temperaturu qaldırır. Yerin hərarətinin +10 S artması belə dünya kataklizminə gətirib çıxara bilər, qütb buzlaqlarının əriməsi sürətlənər, mütəxəssislərin hesablamalarına görə, artıq XXI əsrin ortalarında dünya okeanının səviyyəsi 1-5 metr qalxa bilər ki, ...
Resim
Dünya üzrə meşə örtüyünün sahəsi 4 milyard hektardır. Bunun 809 milyon hektarı  Rusiya Federasiyasın ın, 478 milyon hektarı  Braziliyan ın, 310 milyon hektarı  Kanadan ın və 303 milyon hektarı  ABŞ -ın payına düşür. Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalmışdır. XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35%-i meşə ilə örtülü olmuşdur. Hazırda Azərbaycan meşələrinin ümumi sahəsi 989,4 min hektardır. Bu da Azərbaycan ərazisinin 11,4%-ni təşkil edir. Bu rəqəm Rusiya Federasiyasında 44%,  Latviyada  41%,  Gürcüstanda  39% təşkil edir. 1 hektar meşə 200 insanı xilas edir.
Resim
Meşə  — bioloji cəhətdən qarşılıqlı əlaqəli və öz inkişafında bir-birinə təsir göstərən, torpağın, suyun, ağac, kol və ot bitkilərinin, heyvanların, mikroorqanizmlərin və ətraf mühitin digər tərkib hissələrinin vəhdəti.  Meşələr quru ərazinin üçdə birini tutur. Yer kürəsində meşələrin ümumi sahəsi 38×10 6  км²-dir. Meşə sahələri Yer kürəsinin ən qiymətli milli təbii sərvəti hesab olunur.
Resim
Ag geyimde meseler.
Resim
Тebietin mocuzelerinden biri.

gozel menzereler

Resim
Resim
Bizi əhatə edən ətraf  aləm gözəl təbiət mənzərələri ilə zəngindir. İnsan bir anlıq bu əsrarəngiz aləm qarşısında heyrətini gizlədə bilmir. Şair qələmi, rəssam fırçası acizdir bunları vəsf etmək üçün… Hərdən gərginlikdən ətrafımıza nəzər salmırıq. Amma adi bir su şırıltısı,  yarpaqların xəfif titrəyişi, qarışıq fikir və düşüncələrimizi alıb götürən həzin meh bizi xəyalən çox uzaqlara aparır. Gözəl dağ, səma və dəniz mənzərələri insanda gözəl duyğular aşılayır. Ana qayğısıyla yanaşır insanlara… Məhz ona görə təbiətə “Ana təbiət” də deyirik bəzən… Övladları- 4  fəslin heç biri arasında ayrı-seçkilik salmayaraq hər birinə özüməxsus gözəlliklər bəxş edir… Ana borcu ödənməz… Heç nəylə qaytarılmaz… Bəs biz nə edirik? Onu incidirik, bizdən heç bir təmənnası olmayan gözəl təbiətimizə qarşılıq budurmu? Havamızı zəhərləyirik müxtəlif kimyəvi tullantılarla… Öz mənafeyimiz, şəxsi mənfəətimiz üçün… Dənizimizi çirkləndiririk bilə-bilə müxtə...